Zelenski yaxın günlərdə Strasburqa gedəcək

Zelenski yaxın günlərdə Strasburqa gedəcək backend

Ukrayna Prezidenti Vladimir Zelenski ilk dəfə iyunun 25-də Strasburqda Avropa Şurasına səfər edəcək. Səfər zamanı o, Avropa Şurası Nazirlər Komitəsində çıxış edəcək.

Qaziler.az bildirir ki, bu barədə Avropa Şurasının mətbuat xidməti RBC-Ukraynaya şərhində bildirib.

Xüsusilə, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Teodoros Rusopulosun dəvəti ilə Zelenski Assambleyanın yay sessiyasında çıxış edəcək və üzvlərin suallarını cavablandıracaq.

QAZİLER.AZ

Diaspora