Şirin hücum etdiyi Krım parkının direktorunun vəziyyəti ağırdır - VİDEO

Şirin hücum etdiyi Krım parkının direktorunun vəziyyəti ağırdır - VİDEO backend

Krımın "Tayqan" aslan parkının direktoru Oleq Zubkovun şir hücumundan sonra vəziyyəti stabil və ağır olaraq qalır.

Qaziler.az bildirir ki, bu barədə iyunun 23-də “İzvestiya”ya Krımın "N. A. Semaşko adına Respublika Klinik Xəstəxanasıı”nın baş həkiminin müavini Dmitri Dedkov məlumat verib.

"Xəstənin vəziyyəti stabil olaraq qalır, ağırdır. Neqativ dinamika yoxdur. Onun şüuru yerindədir. Suallara cavab verir, ünsiyyət qurur", - həkim bildirib.

O əlavə edib ki, bu gün onlar ən ağır xəsarətlərin “auditini” keçirə bilərlər. Onun sözlərinə görə, müayinənin nəticələrinə əsasən onun müalicəsi ilə bağlı növbəti qərarlar veriləcək.

QAZİLER.AZ

Diaspora