Rusiyada iki nəfəri öldürən ayı tapılıb güllələnəcək

Rusiyada iki nəfəri öldürən ayı tapılıb güllələnəcək backend

Saxalində bir neçə nəfəri öldürən ayı tapılıb güllələnəcək

Regional Meşə Təsərrüfatı və Ovçuluq Agentliyinin məlumatına görə, Saxalində iki kişini parçalayan ayı tapılaraq öldürüləcək. Onlar qeyd ediblər ki, yırtıcı heyvanı axtarmaq üçün əməliyyat qrupu göndərilib.

"Bu gün Korsakov şossesi ərazisində qonur ayının insanlara hücum etdiyi hadisə ilə əlaqədar hadisə yerinə agentliyin əməliyyat qrupu göndərilib. Hazırda mütəxəssislər əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə təhlükəli heyvanı zərərsizləşdirmək üçün tədbirlər həyata keçirirlər", - agentlik bildirir.

Qurum vətəndaşları meşə təsərrüfatı obyektlərinə baş çəkərkən daha diqqətli olmağa və təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.

İyunun 23-də Yujno-Saxalinskdəki "Üç maral" heykəlinin yaxınlığında yırtıcı iki kişiyə hücum edib. Yaralılardan biri təcili yardım maşınında xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

QAZİLER.AZ

Diaspora