“ABŞ rəhbərliyi fəlakətin kürəyini sığallayan, şəxsi maraqların oyuncağına çevrilən, soyqırımı səssizcə seyr edən, hər fürsətdə İslam cəmiyyətlərinə silah göstərən, qlobal vicdanı silindr kimi əzib keçən istibdad və zülmün memarıdır”.
Qaziler.az TRT-Haberə istinadən bildirir ki, bunu MHP sədri Dövlət Baxçalı deyib.
MHP sədri Baxçalı, "(İsrail-İran qarşıdurması) Vəziyyət çox ciddidir, hədəf ölkələrin kataloqunu düzgün oxuyub şərh etmək və buna uyğun mövqe tutmaq zərurəti müstəqillik və yaşamaq məsələsidir. Nüvə silahından istifadə və yeni dünya müharibəsinin başlaması bəşəriyyətin qırğınına və məhvinə xidmət edəcək. İsrail mütləq durdurulmalıdır", - o deyib.
Baxçalı verdiyi yazılı açıqlamasında bir tərəfdə yaşadıqları geniş coğrafiyanın, digər tərəfdən qlobal tarazlığın və qurulmuş nizamın sürətlə terror girdabına sürükləndiyini, şişirdilmiş risk və təhdidlərin bəşəriyyətin ortaq gələcəyini qaraltdığını bildirib.
QAZİLER.AZ