2025-ci il iyunun 13-dən etibarən İsrailin İran ərazisinə birbaşa zərbələr endirməyə başlamasından sonra İranın 17 aparıcı nüvə alimi öldürülüb.
Bu barədə İsrailin "Kanal 12" telekanalına istinadən "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Bildirilib ki, öldürülən alimlərin əksəriyyəti "təhlükəsiz evlər" adlandırılan xüsusi mühafizə olunan və böyük ehtimalla etibarlı obyektlərdə yerləşən yerlərdə hədəfə alınıb.
Eyni zamanda, bu müddət ərzində Tehran dəfələrlə İsrailə işləyən onlarla casus və agentin saxlanıldığını bəyan edib. Lakin İsrail mənbələrinin məlumatına görə, bu mürəkkəb kəşfiyyat əməliyyatlarına hazırlıq indiki eskalasiyadan bir neçə il əvvəl başlanıb.