İsrailin deportasiya mərkəzində saxlanılan 17 Gürcüstan vətəndaşı vətənlərinə gəlib

İsrailin deportasiya mərkəzində saxlanılan 17 Gürcüstan vətəndaşı vətənlərinə gəlib backend

İsrailin deportasiya mərkəzində saxlanılan 17 Gürcüstan vətəndaşı Gürcüstana gedib.

Qaziler.az "qruziya onlayn"a istinadən bildirir ki, bu barədə Gürcüstanın İsraildəki səfirliyi məlumat yayıb.

Səfirliyin məlumatına görə, gürcü tərəfi İsrailin müvafiq xidmətləri ilə sıx əməkdaşlıq edərək, Gürcüstan vətəndaşlarının ən qısa zamanda vətənlərinə təhlükəsiz qayıtmasını təmin edib.

“Mövcud vəziyyətlə əlaqədar olaraq Gürcüstanın İsraildəki səfirliyi fövqəladə iş rejimində fəaliyyətini davam etdirir.Gürcüstan vətəndaşları üçün qaynar xətt açılıb və bu günədək Gürcüstan səfirliyi 500-dən çox Gürcüstan vətəndaşına məsləhətlər və lazımi köməklik göstərib", - məlumatda deyilir.

QAZİLER.AZ

Diaspora