İrkutsk vilayətinin Ust-Kut şəhərində kafenin yaxınlığında atışma olan kütləvi davada iki nəfər yaralanıb.
Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, bu barədə iyunun 21-də İrkutsk vilayəti üzrə Daxili İşlər Baş İdarəsi məlumat yayıb.
"Şəhərdəki müəssisələrdən birinin yaxınlığında atışma səslərinin eşidilməsi barədə məlumat səhər tezdən daxil olub. Qrup arasında dava olub, bu zaman silahdan istifadə olunub", - deyə idarənin Telegram kanalında bildirilib.
Qeyd olunur ki, hadisə nəticəsində 39 və 46 yaşlı iki nəfər yerli xəstəxanaya çatdırılıb.
QAZİLER.AZ