Ukrayna ABŞ-ın maliyyə naziri Skott Bessent vasitəsilə ABŞ prezidenti Donald Trampa Patriot sistemləri ilə bağlı sorğu göndərib.
Qaziler.az-ın RBC-Ukrayna-ya istinadən məlumatına görə, bunu Ukrayna prezidenti Vladimir Zelenski brifinq zamanı deyib.
Jurnalist prezidentdən NATO sammiti zamanı Trampla görüşməyi gözlədiyini və orada “Patriot” sistemlərinin Ukraynaya ötürülməsi məsələsinin gündəmə gəlib-gəlməyəcəyini soruşub.
Zelenski cavab verib ki, hər iki ölkənin komandaları əlaqə saxlayır və mümkün görüşlər üçün gündəm hələ də formalaşır.
Onun sözlərinə görə, Kanadada bu məsələni sammitdə "Ukraynanın olmasını həqiqətən istəyən" NATO-nun baş katibi Mark Rutte ilə müzakirə edib.
QAZİLER.AZ