İsveçrə İrandakı səfirliyini bağladı

İsveçrə İrandakı səfirliyini bağladı backend

İsveçrənin Xarici İşlər Federal Departamenti İrandakı səfirliyini müvəqqəti olaraq bağlamaq qərarına gəldiyini bəyan edib.

Bu barədə “Reuters” agentliyi xəbər verir.

Qurum səbəb kimi intensiv hərbi əməliyyatları və yerlərdə son dərəcə qeyri-sabit vəziyyəti göstərib.

"Bütün xarici əməkdaşlar artıq İranı tərk edib və təhlükəsizlikdədirlər", - bəyanatda bildirilib.

Eyni zamanda, qeyd olunub ki, vəziyyət imkan verən kimi əməkdaşlar Tehrana qayıdacaq.

Diaspora