Ukraynanın Berdiçev şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları şəhər meri Sergey Orlyuku küçənin ortasında saxlayıblar. O, rüşvətxorluqda şübhəli bilinir.
Qaziler.az bildirir ki, bu barədə “Jitomyr.İnfo” xəbər verir.
Nəşrin məlumatına görə, internetdə Orlyukun saxlanmasının videogörüntüsü yayılıb.
Mənbələrə istinadən jurnalistlər iddia edirlər ki, həbs Daxili İşlər Nazirliyinin Strateji Təhqiqatlar İdarəsinin nümayəndələri tərəfindən həyata keçirilib.
Təsdiqlənməmiş məlumatlara görə, Orlyuk yerli iş adamından rüşvət tələb etdiyi üçün həbs oluna bilər.
QAZİLER.AZ


