İsrail tərəfi müharibəni dayandırmasa, İranın cavabı sərt olacaq.
“Report”un məlumatına görə, bu barədə İran Prezidenti Məsud Pezeşkian “X” sosial şəbəkəsindəki paylaşımında deyib.
"Biz həmişə sülh və sakitliyə can atmışıq, lakin indiki şəraitdə zorla qəbul etdirilmiş müharibəyə son qoymağın yeganə yolu təcavüzün dərhal dayandırılması və avantüralara son qoyulmasının təmin edilməsidir. Əks halda İranın cavabı sərt olacaq", - o yazıb.