Zaxarova Xəzər dənizi üzərində nüvə təhlükəsi barədə xəbərdarlıq edib

Zaxarova Xəzər dənizi üzərində nüvə təhlükəsi barədə xəbərdarlıq edib backend

Rusiya İran və İsrail ətrafındakı vəziyyəti danışıqlar yoluna qaytarmaq üçün əlindən gələni edir, çünki Xəzər regionunda nüvə təhlükəsi yaranır.

Qaziler.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPİEF)  zamanı deyib.

"Biz bunu danışıqlar yoluna qaytarmağa çağırırıq və hər şeyi edirik, anlayırıq ki, bizim də mənsub olduğumuz bütün regionda fiziki təhlükənin nə olduğunu başa düşürük. Xəzər var. Xəzər təkcə İran deyil. Xəzər bir neçə dövlətdir, o cümlədən bizim ölkədir. Bu, bizim üçün birbaşa əhəmiyyət kəsb edir".

Eyni zamanda, Zaxarova Yaponiyanın Fukusima AES-də baş vermiş fəlakəti xatırladıb, hətta yerli hadisələrin də transsərhəd nəticələrə səbəb ola biləcəyini vurğulayıb.

QAZİLER.AZ

Diaspora