İsrail hazırda İranın şərqində və mərkəzində hərbi obyektlərə zərbələr endirir.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, bu barədə iyunun 20-də İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
"SAXAL hazırda İranın mərkəzi və şərqindəki hərbi infrastrukturu hədəfə alır", - Telegram kanalı yazır.
Həmin gün səhər saatlarında İran Səhiyyə Nazirliyinin sözçüsü Hüseyn Kermanpur İsrailin Tehrandakı xəstəxanaya raket zərbəsi endirdiyini bildirib. Onun sözlərinə görə, İDF 6 təcili yardım maşını və hərtərəfli sağlamlıq mərkəzini də hədəf alıb.
QAZİLER.AZ