İyunun 20-nə keçən gecə Rusiya Odessa, Xarkov və onların ətraf ərazilərinə kütləvi hücuma keçiblər. Hücum nəticəsində onlarla insan yaralanıb, bir nəfər ölüb.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna prezidenti Vladimir Zelenskinin Telegram kanalına istinadən məlumat yayıb.
Prezidentin sözlərinə görə, atəş nəticəsində 20 nəfər yaralanıb, o cümlədən:
iki uşaq: 12 və 17 yaşlı qızlar;
Dövlət Fövqəladə Hallar Xidmətinin (FHN) üç xilasedicisi.
Odessada bir nəfərin həlak olması ilə bağlı da məlumat var.
Ümumilikdə terrorçular həmin gecə Ukraynaya qarşı 86 pilotsuz uçuş aparatı atıblar ki, onların da əksəriyyəti “Şahed”lərdir.
"Yenə də yaşayış binaları, adi biznes obyektləri, mülki infrastruktur və avtomobillər yanır. Xilasedicilərə təşəkkürlər: hadisə yerinə 132 işçi və 30-dan çox texnika cəlb olunub. Xarkov vilayətində isə iş hələ də davam edir", - o əlavə edib.
QAZİLER.AZ







