Rusiya Severskdə humanitar məntəqənin olduğu şəhər şurasının binasını dağıtdı

Rusiya Severskdə humanitar məntəqənin olduğu şəhər şurasının binasını dağıtdı backend

İyunun 18-də səhər saatlarında Rusiya qoşunları Donetsk vilayətində Seversk şəhərinə hücum edib.Şəhərin atəşə tutulması nəticəsində sakinlərin humanitar yardım aldığı şəhər şurasının binası dağılıb.

Qaziler.az xəbər verir ki, bu barədə Seversk hərbi administrasiyasının rəhbəri Aleksey Vorobyov "Vilnoye Radio"ya məlumat verib.

Onun sözlərinə görə, rus qoşunları Seversk şəhər şurasının binasını aviabomba ilə vurub. Hücum zamanı binada heç kim olmadığından itki də olmayıb.

"Bina 90% dağıldı - KAB-larla vurdular, konstruksiyalar dağıldı. Heç kim xəsarət almayıb, mühafizəçi olubi, amma o, təhlükəsiz yerdə gizlənib", - Vorobyov bildirib.

O qeyd edib ki, son illərdə şəhər sovetinin binası Seversk sakinləri üçün humanitar yardımların paylanması məntəqəsi kimi fəaliyyət göstərib. Rusiyanın hücumu ilə əlaqədar olaraq yer dəyişdiriləcək.

Yeni humanitar məntəqənin gələn həftə, ehtimal ki, iyunun 23-də işə salınacağı vəd edilir.

QAZİLER.AZ

Diaspora