Qazaxıstanda qasırğa nəticəsində 10 nəfər xəsarət alıb

Qazaxıstanda qasırğa nəticəsində 10 nəfər xəsarət alıb backend

Qazaxıstanın Pavlodar vilayətində qasırğa nəticəsində 10 nəfər xəsarət alıb. Həkimlərin sözlərinə görə, insanların çoxu ağacların aşması nəticəsində xəsarət alıb.

Qaziler.az bildirir ki, bu barədə "Kazinform" xəbər verir.

 Təcili Tibbi Yardım Stansiyasından bildirilib ki, Ekibastuzda iki çağırış daxil olub. Orada 28 yaşlı qız və yaşı dəqiqləşdirilməyən qadın xəsarət alıb. Pavlodarda tibbi yardıma 18 yaşlı oğlan, 34 və 28 yaşlı qadınlar, 12 və 5 yaşlı qızlar, həmçinin 5 yaşlı oğlan üçün müraciət olunub..

 57 yaşlı kişi güclü külək səbəbindən qəfildən bağlanan darvaza örtülərək onu vurduğuna görə təcili yardım çağırıb.

"Xəstəxanaya yerləşdirilərkən onların əksəriyyətində qançır, kəsik və sıyrıqlar olub. Pavlodarda 2007-ci il təvəllüdlü oğlan müxtəlif sınıqlar alıb, - Pavlodar regional təcili yardım stansiyasından bildiriblər.

QAZİLER.AZ

Diaspora