Türkiyənin Balıkesir bölgəsindəki Kepsut rayonunda meşə yanğını baş verib.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, yanğınsöndürənlər alovu havadan və qurudan söndürməyə çalışır.
Qrupların yanğına 10 dəqiqə ərzində müdaxilə etdiyi qeyd olunur.
Rayonun Sarıfakılar məhəlləsindəki meşə sahəsində naməlum səbəbdən yanğın baş verib.
Xəbərdarlıq üzərinə Meşə Region Müdirliyi və xilasetmə qrupları əraziyə göndərilib.
Bildirilib ki, yanğına ilk xəbərdarlıqdan 10 dəqiqə sonra müdaxilə olunub və yanğında 2 helikopter, 5 su maşını, 2 su təchizatı maşını, 2 ilk müdaxilə maşını və 70 canlı qüvvə çalışır.
Yanğının nəzarət altına alınması üçün havadan və qurudan müdaxilələr davam edir.
QAZİLER.AZ