İstanbulun Arnavutköy qəsəbəsində logistika anbarında yanğın baş verib. Yanğınsöndürənlər yanğını söndürməyə davam edərkən səmanı qara tüstü bürüdü.
Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat verir.
Hadımköydəki logistika anbarında naməlum səbəbdən yanğın baş verib.
Alov sürətlə böyüyüb və səmanı tüstü bürüyüb.
Xəbərdarlıq üzərinə əraziyə çoxlu yanğınsöndürənlər göndərilib.
Yanğınsöndürənlər yanğına müdaxilə etməyə davam edir.
QAZİLER.AZ
