Ukrayna əsirliyindən qayıdan Rusiya hərbi əsirlərini daşıyan təyyarə Moskva vilayətinə enib.
Qaziler.az bildirir ki, görüntüləri “İzvestiya” iyunun 19-da yayıb.
"Biz bunu hələ tam dərk etməmişik, lakin müsbət emosiyalarımız var. Evə qayıtdığımız üçün çox şadıq", - deyə qayıdan hərbçi Denis bildirib.
Əsgər Vladimir qeyd etdi ki, əsirlikdə normal yemək çox çatışmır.
"Doyunca yeyəcəyik! Çünki orada çox şey çatışmırdı. Evdə yemək əvəzolunmazdır. Ana və həyat yoldaşı hər hansı restorandan yaxşı yemək bişirir. Ət çatışmırdı", - o əlavə edib.
QAZİLER.AZ