Qırğızıstanın Joqorku Keneşinin (parlamentin yuxarı palatası) üzvü Arslanbek Maliev respublika prezidenti Sadır Japarova BMT-də ölkənin adını çəkərkən “Qırğızıstan” adından imtina etməyi tövsiyə edib.
Qaziler.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Əvəzində o, dövlətin rəsmi adından - “Qırğızıstan Respublikası”ndan istifadə etməyi təklif edib. Maliyev tövsiyəsinin səbəblərini açıqlamayıb, sadəcə qeyd edib ki, ölkə nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edərkən bu addan istifadə edilməlidir.
Deputat əlavə edib ki, bu fikri prezident Japarovla da bölüşüb və o, onun fikrini dinləyib.
QAZİLER.AZ