İranın ali dini lideri Ayətullah Əli Xameneinin qaldığı yerə İsrail hərbçiləri tərəfindən hücumun edilməsi barədə yayılan informasiya həqiqəti əks etdirmir. Jurnalistlərin fikrincə, bunlar İsrail mediasının yaydığı şayiələrdir.
Qaziler.az-ın məlumatına görə, bu barədə İranın dövlət xəbər agentliyi “Fars” xəbər verir.
Xəbərdə deyilir ki, Ali Rəhbərin İran xalqına müraciətindən sonra İsrail mediasında onun yerinin tapılaraq hücuma məruz qalması barədə şayiələr yayılmağa başlayıb.
Bundan əvvəl İsrail təyyarələrinin Tehranın Ali Rəhbərin bunkerinin yerləşdiyi rayonu bombalaması ilə bağlı məlumatlar yayılmışdı.
QAZİLER.AZ