İran hakimiyyəti ölkədə internetə müvəqqəti məhdudiyyət qoyub.
Qaziler.az RİA “Novosti”yə istinadla xəbər verir ki, bu barədə İranın İnformasiya və Kommunikasiya Texnologiyaları Nazirliyi məlumat yayıb.
“Ölkənin hazırki vəziyyəti, həmçinin təcavüzkarın rabitə şəbəkələrindən hərbi məqsədlər üçün istifadə etməsini və əhalinin həyatına təhlükəni nəzərə alaraq, internetə çıxışa müvəqqəti məhdudiyyətlər tətbiq edilib”, - deyə idarənin açıqlamasında bildirilib.
RİA "Novosti"nin Tehrandakı müxbiri xəbər verir ki, İranın paytaxtında internet işləyir, lakin fasilələrlə verilir.
QAZİLER.AZ