İyunun 17-nə keçən gecə Rusiya qoşunları raketlər və kamikadze dronlardan istifadə etməklə Kiyevə kütləvi hücuma keçib, raketlərdən biri paytaxtın Solomenski rayonunda çoxmərtəbəli binaya ciddi ziyan vurub. Xilasedicilər daha bir qurbanı dağıntılar altından çıxarıblar.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin Teleqramına istinadən məlumat yayıb.
"Solomenski rayonunda daha bir ölmüş şəxsin (kişi) meyiti qismən dağılmış doqquzmərtəbəli binanın dağıntıları altından çıxarılıb. Ümumilikdə 17 nəfərin cəsədi qeyd olunan ünvandan çıxarılıb. İşlər davam edir", - Fövqəladə Hallar Dövlət Xidmətindən bildirilib.
Timur Kravçenko da qeyd edib ki, dağıntıların təmizlənməsi və insanların axtarışı bütün gecə davam edib.
QAZİLER.AZ