Putinin keçmiş həyat yoldaşı sanksiya siyahısına daxil edilib

Putinin keçmiş həyat yoldaşı sanksiya siyahısına daxil edilib backend

Kanada hakimiyyəti Rusiya prezidenti Vladimir Putinin keçmiş həyat yoldaşı Lyudmilanı və keçmiş prezident Boris Yeltsinin qızı Tatyana Yumaşevanı sanksiya siyahısına əlavə edib.

Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, onların adları Kanada hökumətinin saytında yerləşdirilən sənədlərdə görünür.

Orada deyilir ki, məhdudiyyətlər əvvəllər Putinin soyadını daşıyan və qızlıq soyadı Şkrebneva olan Lyudmila Aleksandrovna Oçeretnaya üçün tətbiq edilir. Onun Vladimir Putinlə evliliyi 1983-cü ildən 2013-cü ilə qədər davam edib.Lyudmilanın hazırkı əri Artur Oçeretnıya da sanksiya tətbiq edilib.

Kanadanın siyahılsında Rusiya prezidentinin uzaq qohumları da var. Söhbət Mixail Putin və Mixail Şelomovdan gedir.

Sanksiya siyahısına Tatyana Yumaşeva ilə yanaşı onun üçüncü əri Valentin Yumaşev də əlavə edilib.

QAZİLER.AZ

Diaspora