Türkiyədə iyun ayında qarla mübarizə

Türkiyədə iyun ayında qarla mübarizə backend

Rizenin Çamlıhemşin rayonundakı Eğrisu Yaylasında qar təmizləmə işləri aparılır.

Qaziler.az bildirir ki, bu barədə TRT-Haber xəbər verir.

Vilayət Xüsusi İdarə qrupları yüksək dağlıq bölgələrdə qar təmizləmə işlərinə davam edir.

May ayında rayonun Avusor və Kavrun yaylası yollarında aparılan işlərin ardından qruplar iyun ayında Eğrisu Yaylasında işə başlayıb.

Qarın qalınlığının bəzi yerlərdə 2 metrə çatdığı ərazidə qruplar tikinti texnikası ilə yolu nəqliyyatın hərəkəti üçün açmağa çalışır.

QAZİLER.AZ

Diaspora