Türkiyənin Sakarya vilayətinin Pamukova rayonunda 3 yük maşınının iştirakı ilə baş verən zəncirvari qəzadan sonra baş verən yanğında 1 nəfər ölüb, avtomobillərdə sıxılmış vəziyyətdə qalan 2 sürücü isə xəstəxanaya aparılıb.
Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat yayıb.
D-650 magistral yolu ilə Biləcik istiqamətində hərəkət edən Hikmət Şahinin idarə etdiyi yük maşınının idarəetməni itirərək, qarşı zolağa çıxıb.
Bu zaman yük maşını Sakarya istiqamətində hərəkətdə olan iki yük maşını ilə toqquşub.
Toqquşmadan sonra 3 yük maşınında yanğın baş verib, hadisə yerinə polis, yanğınsöndürmə və təcili tibb yardımbriqadaları göndərilib.
Xilasetmə qrupları tərəfindən sıxışdıqları yerdən xilas edilən TIR sürücüləri tibb işçiləri tərəfindən xəstəxanaya aparılıb. Digər yük maşınının sürücüsünün səhhətinin ağır olaraq qaldığı öyrənilib.
Yanğınsöndürənlərin söndürdüyü yanğında Şahinin həyatını itirdiyi müəyyən edilib.
QAZİLER.AZ

