Hazırda Ermənistan və Azərbaycan arasında hərbi münaqişə riski minimaldır.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
"Azərbaycanla müharibə riskləri minimaldır və biz onu tamamilə zərərsizləşdirmək üçün çalışmalıyıq", - o qeyd edib.
Simonyan əlavə edib ki, Ermənistan hökuməti “bu istiqamətdə praktiki addımlar atır”.
2025-ci ilin martında Ermənistan və Azərbaycan sülh sazişinin imzalanması barədə razılığa gəliblər. 17 maddədən ibarət sənəddə bir-birinin sərhədlərinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması qeyd olunub.
Bu razılaşma əsasında tərəflər sərhədlərin demarkasiyası, diplomatik münasibətlərin bərpası prosesinə başlayıb, həmçinin üçüncü dövlətlərin silahlı qüvvələrini bu ərazilərdə yerləşdirməmək barədə öhdəlik götürüblər.
QAZİLER.AZ