88 nəfər Rusiya vətəndaşı İrandan Azərbaycanın quru sərhədi vasitəsilə təxliyə ediləcək.
Qaziler.az-ın məlumatına görə, bu barədə TASS Rusiyanın Bakıdakı səfirliyinə istinadən xəbər verir.
Qərar İsrailin hücumundan sonra İranın hava məkanını bağladığına görə verilib.
Diplomatik nümayəndəliyin məlumatına görə, təxliyə iyunun 14-nə keçən gecə Rusiyanın İran və Azərbaycandakı səfirliklərinin köməyi ilə həyata keçiriləcək. Vətəndaşların nəqliyyat, müvəqqəti yaşayış yeri və evlərinə qayıtmalarına köməklik göstəriləcək. Azərbaycan hakimiyyəti əməliyyatın təşkilinə dəstək verəcək.
QAZİLER.AZ