Gürcüstanlı tələbələr Polşanın Gürcüstandakı səfirliyi qarşısında etiraz aksiyası keçiriblər.
Qaziler.az "qruziya onlayn"a istinadən bildirir ki, gürcüstanlı tələbələr Polşanın baş naziri Donald Tuskdan vizasız rejimin mümkün dayandırılması ilə bağlı bəyanatına görə üzr istəməsini tələb ediblər.
Tələbələrin fikrincə, Polşa baş nazirinin mövqeyi Gürcüstanı, gürcü xalqını layiq olmadığı şantaj etmək məqsədi daşıyır.
İyunun 11-də Polşa parlamentində hökumətə etimad səsverməsindən əvvəl çıxış edən Donald Tusk bildirib ki, o, “qeyri-qanuni miqrasiya riskini minimuma endirmək üçün beynəlxalq hüququn dəyişdirilməsi üçün bütün mövcud üsullardan istifadə etməyə” hazırdır. Donald Tuskun sözlərinə görə, Gürcüstanla da daxil olmaqla, vizasız rejimin məhdudlaşdırılması və ya dayandırılması üçün səs çoxluğu lazımdır.
QAZİLER.AZ