İsrailin Təbrizə hücumu nəticəsində 5 nəfər ölüb, 12 nəfər yaralanıb - VİDEO

İsrailin Təbrizə hücumu nəticəsində 5 nəfər ölüb, 12 nəfər yaralanıb - VİDEO backend

İsrailin İranın Təbriz şəhərinə endirdiyi zərbə nəticəsində 5 nəfər ölüb, 12 nəfər yaralanıb.

Qaziler.az bildirir ki, bu barədə Mehr xəbər agentliyi iyunun 13-də bildirib.

"İsrailin bugünkü hücumu nəticəsində 5 nəfər ölüb, 12 nəfər yaralanıb", - məlumatda deyilir.

İsrail İrana qabaqlayıcı zərbə endirib və gün əvvəl ölkə daxilində fövqəladə vəziyyət elan edib.

Daha sonra baş nazir Benyamin Netanyahu bildirib ki, İsrailin hərbi əməliyyatının məqsədi İranın nüvə infrastrukturu və ballistik raket fabriklərinə zərbə endirməkdir. O, əməliyyatın başlanmasını uğurlu adlandırıb.

QAZİLER.AZ

Diaspora