İsrailin İrana qarşı əməliyyatı bir neçə gün davam edə bilər - VİDEO

İsrailin İrana qarşı əməliyyatı bir neçə gün davam edə bilər - VİDEO backend

 İsrail Müdafiə Qüvvələrinin (IDF) İrana qarşı əməliyyatı daha bir neçə gün davam edə bilər.

Qaziler.az xəbər verir ki, bu barədə İsrailin Fransadakı səfirliyi cümə günü, iyunun 13-də bildirib.

"Bu əməliyyat daha bir neçə gün davam edə bilər, lakin bu, bir neçə ay və ya bir neçə həftəlik əməliyyat deyil", - İsrail səfiri Coşua Zarka RTL radiosunda deyib.

TASS onun sözlərini sitat gətirir: "Onun sözlərinə görə,artıq beş hücum dalğası olub. O, həmçinin qeyd edib ki, İsrail bu məqamda hesab edir ki, İranın nüvə potensialının böyük hissəsinin məhv edilib".

Bundan əlavə, Zarka əmin edib ki, Fransa İDF-nin İrana planlaşdırdığı hücumlar barədə əvvəlcədən məlumatlandırılmayıb.

QAZİLER.AZ

Diaspora