SAXAL: "200 İsrail qırıcısı gecə ərzində İranda 100-dən çox hədəfə hücum edib"

SAXAL: "200 İsrail qırıcısı gecə ərzində İranda 100-dən çox hədəfə hücum edib" backend

İsrail Hərbi Hava Qüvvələrinə məxsus 200-dən çox qırıcı təyyarə gecə ərzində İrandakı 100-dən çox hədəfə hücum edib.

Oxu.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF-SAXAL) mətbuat xidmətindən məlumat verilib.

"Gecə ərzində Hərbi Hava Qüvvələrinə aid 200-dən çox qırıcı təyyarə dəqiq kəşfiyyat təlimatları əsasında bütün İran boyu 100-dən çox hədəfə, o cümlədən İranın yüksəksəviyyəli hərbi liderlərinin sığınacaqlarına hücum edib", - deyə məlumatda bildirilib.

Həmçinin qeyd edilib ki, İsrail ordusu İran rejiminin ən yüksəkrütbəli hərbi komandirlərindən üç nəfəri, o cümlədən Silahlı Qüvvələrin Baş Qərargah rəisini və SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu) komandanını öldürüb.

"SAXAL İran rejiminin ən yüksəkrütbəli üç hərbi komandirini öldürüb: İran rejiminin silahlı qüvvələrinin baş qərargah rəisi, SEPAH komandiri və Fövqəladə Hallar Komandanlığının rəhbərini", - deyə məlumatda bildirilib.

Diaspora