KİV: İranın Natanz və Fordo nüvə obyektində partlayışlar baş verib

KİV: İranın Natanz və Fordo nüvə obyektində partlayışlar baş verib backend

İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin hücumundan sonra İranın paytaxtı Tehran şəhərinin qərbində və şimal-şərqində partlayış səsləri eşidilir.

Bu barədə “Report” “İRNA” agentliyinə istinadən xəbər verir.

Eyni zamanda Tehranın imam Xomeyni adına hava limanı fəaliyyətini dayandırıb

Türkiyənin “Hüriyyət” qəzeti isə bildirib ki, İranın iki nüvə obyektində - Natanz və Fordoda partlayışlar baş verib.

İsrail ordusu bildirib ki, hədəf İranın müxtəlif bölgələrindəki nüvə obyektləridir.

Diaspora