Rusiyada qeyri-yaşayış binasında yanğın başlayıb

Rusiyada qeyri-yaşayış binasında yanğın başlayıb backend

Rusiyanın Krasnoqorsk şəhərində ümumi sahəsi 150 kvadratmetr olan qeyri-yaşayış binasında yanğın baş verib.

Qaziler.az bildirir ki, bu barədə iyunun 12-də axşam saatlarında Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.

"Mərkəzi İdarəetmə Mərkəzinin operativ növbətçiliyinə Krasnoqorsk şəhər dairəsi, Svetlaya küçəsindəki qeyri-yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub", - idarənin rəsmi saytında deyilir.

Binada baş verən yanğın lokallaşdırılıb.

Yanğının söndürülməsinə 32 nəfər və 11 xüsusi texnika cəlb olunub.

Xəsarət alanlar barəsində məlumat yoxdur.

QAZİLER.AZ

Diaspora