Almatıda kütləvi dava iştirakçıları həbs edilib - VİDEO

Almatıda kütləvi dava iştirakçıları həbs edilib - VİDEO backend

Qazaxıstanın Almatı şəhər polisi sərxoş vəziyyətdə olan kişilər arasında baş verən dava ilə bağlı cinayət işi açıb.

Qaziler.az bildirir ki, bu barədə Kazinform agentliyinin müxbiri xəbər verir.

Sosial şəbəkələrdə bir neçə kişinin yerdə olan kişini döydüyünü, daha sonra başqalarının münaqişəyə müdaxilə etdiyini əks etdirən video yayılıb. Hadisənin Almagül mikrorayonunda baş verdiyi bildirilir.

Şəhər polis idarəsi bildirib ki, Bostandik rayon polis şöbəsində kişilər arasında baş verən dava ilə bağlı cinayət işi açılıb.

"Hadisənin bütün iştirakçıları yerindəcə saxlanılaraq polisə aparılıb. Hazırda şübhəlilər müvəqqəti saxlama təcridxanasına yerləşdirilib”, - deyə polis idarəsinin mətbuat xidməti hadisəni şərh edib.

QAZİLER.AZ

 

Diaspora