Antalyada zəncirvari yol qəzası: Yaralılar var

Antalyada zəncirvari yol qəzası: Yaralılar var backend

Antalyanın Serik rayonunda baş verən zəncirvari yol qəzasında 4 nəfər yüngül xəsarət alıb.

Qaziler.az "TRT-Haber"ə istinadən bildirir ki, qəza saat 17:00 radələrində Antalya-Alanya D400 yolunun Serikdəki Gəbiz qovşağının yaxınlığında baş verib.

Sürücülərinin şəxsiyyəti məlum olmayan minik avtomobili, pikap, TIR və tur mikroavtobusu zəncirvari qəzaya düşüb. Qəzadan sonra əraziyə çoxlu sayda sağlamlıq, xilasetmə və polis qrupları göndərilib.

Hadisə yerinə gələn sağlamlıq qrupları ilkin tibbi yardım göstərdikdən sonra yaralılar müalicə üçün "Kəpəz" Dövlət Xəstəxanasına aparılıb.

Qəzaya düşən avtomobillərin çıxarılması üçün işlərə başlanılıb.

Təxminən 1 saat davam edən işdən sonra yol tək zolaqlı olaraq nəqliyyatın hərəkətinə açılsa da, bir kilometrlik avtomobil növbəsi yaranıb.

QAZİLER.AZ

 

Diaspora