Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili bildirib ki, Daxili İşlər Nazirliyi onu yolu bağladığına görə 5000 lari cərimələyib.
Qaziler.az "Qruziya-onlayn"a istinadən bildirir ki, bu barədə Salome Zurabişvili sosial şəbəkədə yazıb və inzibati xəta haqqında protokolun fotosunu dərc edib.
Söhbət martın 3-də Rustaveli prospektində keçirilən mitinqdən gedir. Zurabişvilinin yazdığına görə, o, həqiqətən də mitinqdə iştirak edib.
"Mən hər bir ananın dayanmalı olduğu yerdə - vicdan məhbuslarının analarının yanında dayandım!" - Salome Zurabişvili yazıb.
QAZİLER.AZ