Rusiyada "xüsusi hərbi əməliyyat" (Ukraynadakı müharibə-red.) könüllülərinə ilk abidə Rostovda ucaldılıb.
Rusiyada "xüsusi hərbi əməliyyat" könüllülərinə ilk abidə ucaldılıb.
Qaziler.az bildirir ki, Rostov vilayətinin hökumətinin verdiyi xəbərə görə, o, Rostovdakı "Oktyabr" adına mədəniyyət və istirahət parkında quraşdırılıb. Heykəl tibb geyimində olan qız formasında hazırlanıb. O, əlində ürək uzadır, ayaq tərəfində isə humanitar yardım var.
İyunun 12-də Rostovda, "Oktyabr" adına Mədəniyyət və İstirahət Parkında "xüsusi hərbi əməliyyat" könüllülərinə ucaldılmış abidənin təntənəli açılışı olub.
Xəbərdə deyilir ki, bu, tibbi formada əllərində ürək uzadan və ayaqları altında humanitar yardım olan könüllü qızın heykəlidir.
Regional hökumət tərəfindən qeyd edildiyi kimi, heykəl öz səyləri ilə "xüsusi hərbi əməliyyat"da qələbəni yaxınlaşdıran könüllülərə minnətdarlığı simvollaşdırır.
Rostov vilayəti qubernatorunun müavini Artem Xoxlovun qeyd etdiyi kimi, "abidənin açılışı könüllülərin vətənpərvərlik ruhunu, eləcə də qayğıkeş xarakterini vurğulayır".
QAZİLER.AZ