Hakan Fidan səudiyyəli həmkarı ilə telefonla danışıb

Hakan Fidan səudiyyəli həmkarı ilə telefonla danışıb backend

Xarici işlər naziri Hakan Fidan Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhanla telefonla danışıb.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, telefon danışığı zamanı Qəzzadakı vəziyyət və atəşkəsin yaradılması səyləri müzakirə edilib.

Xarici İşlər Nazirliyi mənbələrindən əldə edilən məlumata görə, Hakan Fidan səudiyyəli həmkarı Bin Fərhan ilə telefonla danışıb.

Görüşdə Qəzzadakı vəziyyət və atəşkəsin yaradılması səyləri qiymətləndirilib.

Bundan əlavə, iyunun 21-22-də İstanbulda Fələstinlə bağlı keçiriləcək görüşlərə və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci Toplantısına hazırlıq məsələləri də müzakirə mövzusu olub.

QAZİLER.AZ

Diaspora