Rusiya XİN Almaniyanın rusiyalı jurnalistlərə qarşı hərəkətlərinə cavab veriləcəyini deyib

Rusiya XİN Almaniyanın rusiyalı jurnalistlərə qarşı hərəkətlərinə cavab veriləcəyini deyib backend

Rusiya tərəfi Almaniyanın Rusiya Federasiyasından olan jurnalistlərə qarşı aqressiv hərəkətlərinə cavab verəcək.

Qaziler.az bildirir ki, bunu iyunun 11-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, Almaniya hakimiyyəti Rusiyanın media varlığını öz informasiya məkanından sıxışdırıb çıxarmaq üçün siyasi kurs götürüb.

Belə ki, Almaniya müxtəlif üsullardan istifadə edir, məsələn, yayımların bloklanması, akkreditasiyadan imtina, o cümlədən jurnalistlərə və onların ailə üzvlərinə təzyiq və zorakılıqla təsir etmək, - Zaxarova qeyd edib.

"Biz bütün bunlara müvafiq cavab verəcəyik. Tədbirlər hazırlanır və yaxın vaxtlarda həyata keçiriləcək", - Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi vurğulayıb.

QAZİLER.AZ

Diaspora