Sosial şəbəkələr Rusiyada neft anbarının yandığı güclü partlayışdan xəbər verir - VİDEO

Sosial şəbəkələr Rusiyada neft anbarının yandığı güclü partlayışdan xəbər verir - VİDEO backend

Bu gün, iyunun 11-də Rusiyanın Engels şəhərində güclü partlayış səsi eşidilib. Şəhərin üzərində səmaya böyük tüstü sütunu qalxıb.

Qazuker.az bildirir ki, bu barədə  ASTRA Telegram kanalı məlumat yayıb.

Kanal yazır ki, hələlik partlayışın səbəbi ilə bağlı rəsmi məlumat yoxdur.

Eyni zamanda, yerli sakinlər ehtimal edirlər ki, partlayış 9-cu Mərkəzi Avtomobil Təmiri Zavodunda baş verə bilərdi - o, yanğının davam etdiyi "Kristall" neft bazasından iki kilometrdən az məsafədə yerləşir.

Həmçinin, qeyri-rəsmi məlumatlara görə, partlayış boru kəmərləri üçün armaturlar istehsal edən “RusKon-S” müəssisəsində  ola bilər. Zavod "Kristall"dan beş kilometr aralıda yerləşir.

QAZİLER.AZ

 

Diaspora