Rusiyanın Krasnoyarsk şəhərinin sakini Klaus sevgilisi ilə dava etdikdən sonra "xüsusi hərbi əməliyyat"a hücum əsgəri kimi yazılıb.
Krasnoyarsk sakini Aleksandr Klaus sevgilisi ilə dava edib və sonda "xüsusi hərbi əməliyyat" bölgəsinə (Ukraynad gedən müharibə-red.) düşüb.
Qaziler.az bildirir ki, bu barədə 24rus.ru-ya həmin şəxs məlumat verib.
Klausun sözlərinə görə, qızla mübahisədən sonra itirəcək heç nəyi yox idi və mülki həyatında onu yalnız “əsəb və stress” müşayiət edirdi. Buna görə də Krasnoyarsk sakini könüllü olaraq “Qara bəbir” dəstəsinə yazılıb.
"Komandirlər məni həkim olmağa inandırmağa çalışırdılar. Amma hücumda olmağı bacardım: mənə adrenalin lazımdır", - hərbçi deyib.
QAZİLER.AZ