Rusiyalı qadın vətənə xəyanət və terror aktına cəhd ittihamı ilə həbs edilib

Rusiyalı qadın vətənə xəyanət və terror aktına cəhd ittihamı ilə həbs edilib backend

Rusiyalı Qavrilenko Rusiya Silahlı Qüvvələrinin yük avtomobilini partlatmağa cəhd etdiyi üçün 16 il müddətinə azadlıqdan məhrum edilib

Rusiyalı Larisa Qavrilenko dövlətə xəyanətdə təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilib.

Qaziler.az NEWS.ru-ya istinadən bildirir ki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb. O, “Ukraynayönlü ideologiyanın” tərəfdarı olmaqla, UTX ilə əlaqə yaradıb və hərbi yük maşınını partlatmağa cəhd edib.

Qavrilenko terror aktı törətmək məqsədinə nail olmaq üçün avtomobilin salonu ilə yük bölməsi arasına PUA (əldə hazırlanmış partlayıcı qurğu. — NEWS.ru) yerləşdirərək 2 saat 45 dəqiqədən sonra partlamağa hesablanmış qoruyucunu işə salıb. Məhkəmənin hökmü ilə həmin şəxs təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilib.

Onun partlayıcıları gizlin əldə etdiyi bildirilir. Lakin əməliyyat-axtarış tədbirləri zamanı PUA-nın aşkar edilməsi, zərərsizləşdirilməsi və götürülməsi ilə əlaqədar Qavrilenko və terrorçu qruplaşmanın digər üzvləri cinayət planını həyata keçirə bilməyiblər.

QAZİLER.AZ

Diaspora