Balıkesirdə meşə yanğını nəzarət altına alındı

Balıkesirdə meşə yanğını nəzarət altına alındı backend

Türkiyənin Balıkesir bölgəsinin Bigadiç rayonunda baş verən meşə yanğını nəzarətə götürülüb.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Bigadiç rayonu Hacıömerderesi Məhəlləsində meşəlik ərazidə naməlum səbəbdən yanğın baş verib.

Yanğını görənlərin xəbər verməsinin ardından Balıkesir Böyükşəhər Bələdiyyəsi Xilasetmə Müdirliyi və Meşə Region Müdirliyi qrupları əraziyə gəlib.

Üç helikopter və dörd təyyarə ilə havadan, altı su tankeri və iki su təchizatı vasitəsi ilə qurudan çalışan qruplar yanğını nəzarət altına alıb.

Yanğının baş verdiyi ərazidə soyutma və zərərin qiymətləndirilməsi işləri davam edir.

QAZİLER.AZ

 

Diaspora