Qırğızıstanda rus dilinin statusundan danışılıb

Qırğızıstanda rus dilinin statusundan danışılıb backend

Deputat Kojokulova Qırğızıstanda rus dilinin statusunu dəyişməz elan edib

Rus dilinin statusu Qırğızıstan Konstitusiyasında rəsmi dil kimi təsbit olunub.

Qaziler.az TASS-a istinadən xəbər verir ki, bu sözləri Jaqorku Keneşin (birpalatalı parlament) deputatı Qulya Kojokulova deyib.

"O, rəsmi statusunu itirməyəcək, bu, əlbəttə ki, konstitusiyada öz əksini tapıb. Mən də rəsmi dil haqqında qanunun yeni redaksiyasının hazırlanması ilə bağlı heç nə eşitməmişəm. Orada konstitusiyaya zidd olan bir dənə də olsun norma yoxdur", - deputat bildirib.

Qırğızıstan Respublikasının Konstitusiyasında dövlət dilinin qırğız dili, rus dilinin isə rəsmi dil statusu olması nəzərdə tutulur. Kojokulova qeyd edib ki, rus dilinin rolu dəyişməzdir və dövlət dili haqqında konstitusiya qanununda öz əksini tapıb.

QAZİLER.AZ

Diaspora