Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi olub.
Apa xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, iyunun 2-də İstanbulda razılaşdırılmış əsir mübadiləsinin ikinci mərhələsi baş tutub.
Razılaşma çərçivəsində rusiyalı hərbi əsirlərin ikinci qrupu Ukraynadan qaytarılıb. Eyni zamanda, Ukrayna ordusunun bir qrup hərbi əsiri qarşı tərəfə təhvil verilib.