Gürcüstanın Abxaziya Muxtar Respublikasının (MR) yeni hökumət sədri Giorgi Cinçaradze ola bilər.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, MR-in Ali Şurası yüksək vəzifəyə onun namizədliyini təqdim edib.
Ali Şuranın sədri Cemal Qamaxariya bildirib ki, G.Cinçaradzenin təyinatının təsdiqlənməsi ilə bağlı Gürcüstan hökumətinə artıq müraciət üvanlanıb.
Qeyd edək ki, 33 yaşlı G.Cinçaradze 2024-cü ildən Gürcüstanın təhsil, elm və gənclər nazirinin müavinidir. O, 2017-2019-cu illərdə Azərbaycan Texniki Universitetində İdarəetmə ixtisası üzrə magistr təhsili alıb, 2016-2020-ci illərdə Gürcüstanın Azərbaycandakı səfirliyinin inzibati məsul işçisi vəzifəsində çalışıb.
Xatırladaq ki, Abxaziya MR-in keçmiş hökumət sədri Levan Mqaloblişvili iyunun 2-də vəzifəsini tərk edib.