Ermənistanın Kotaysk vilayətində kütləvi dava və atışma baş verib.
Apa xəbər verir ki, bu barədə "News.am" məlumat yayıb.
Məlumata görə, hoteldə baş verən dava zamanı 1 nəfər odlu silahdan açılan atəşlə xəsarət alıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Baş verən davada daha iki nəfər müxtəlif xəsarətlər alıb.
Araşdırma aparılır.