Rusiya Hərbi Hava Qüvvələri Ukraynanın Xarkov vilayətinə 53 ədəd “Shahed” pilotsuz aparatı, 4 ədəd idarəolunan aviasiya bombası və raketlərlə zərbə endirib.
Apa “unian“a istinadən xəbər verir ki, bu barədə vilayətin Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov açıqlama verib.
Onun sözlərinə görə, yaşayış binasına yönələn aviahücum nəticəsində 2, digər obyektin vurulması zamanı isə 1 nəfər ölüb.
Yaralıların sayının isə 18 nəfər olduğu açıqlanıb.