Erməni hərbçini ildırım vurdu

Erməni hərbçini ildırım vurdu backend

Ermənistan ordusunun hərbi qulluqçusu Narek Marqaryan ildırım vurması nəticəsində ölüb.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, hadisə iyunun 6-da saat 13:00 radələrində baş verib.

Hadisənin başvermə şəraitinin aydınlaşdırılması üçün araşdırma aparılır.